"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.əliyev: “Bələdiyyə olaraq özümüzü həm seçicimizə tanıtmalı, həm də onları həyata keçirdiyimiz layihələrin icrasına cəlb etməliyik”

--2021-10-01 / 17:25

“Bu gün əsas məqsədimiz vergilərimizin həcmini artırmaqla, onlardan düzgün və səmərəli şəkildə istifadə etməkdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.

Sədrin sözlərinə görə, vergi müfəttişlərimiz mütəmadi olaraq vergi ödəyiciləriylə izahat xarakterli söhbətlər aparır, görüşlər keçirir.

Bələdiyyə olaraq özümüzü həm seçicimizə tanıtmalı, həm də onları həyata keçirdiyimiz layihələrin icrasına cəlb etməliyik. Üstəlik hər bir seçicimizi bələdiyyənin fəaliyyətiylə tanış etməliyik.

Bələdiyyənini bu gün kifayət qədər alacağı var. Bir çox vergi ödəyiciləri nə sənədləri təqdim edir, nə də bələdiyyə ilə təmas qurmağa maraq göstərir. Məhz o qrup vergi ödəyicilərin bələdiyyəmizə böyük həcmdə borcu vardır. Bununla bağlı artıq bələdiyyə iclasında müzakirələr apararaq onlar barəsində müvafiq orqanlara müraciətlər göndəriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR